Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır

Türkiyənin "Turkish Airlines" aviaşirkəti "Azərbaycan Hava Yolları"nda (AZAL) pilotların hazırlanması, onların peşəkarlığının daha əlverişli şərtlərdə artırılması prosesinə kömək göstərməyə hazırdır. Trend-in məlumatına görə, aviaşirkətin treninq mərkəzinin koordinatoru deyib.
Koordinator əlavə edib: "Azərbaycan pilotları bu gün Dubayda hazırlıq keçir, lakin biz AZAL-a daha münsib şərtlərlə öz xidmətlərimizi təqdim edirik".
Onun sözlərinə görə, Avropada aviatrenejor-simulyatorın istifadəsinin 1 saatı 440 dollar, Dubayda 350-400 dollar təşkil edirsə, Türkiyədə bu qiymətlər 25-50 faiz ucuzdur.
Koordinator qeyd edib ki, hazırda "Royal Fleet", "Saudia", "Onur", "Kuwait", "Kam Air", "Hats", "Iraq Air" və başqa bu kimi aviaşirkətlər mərkəzin xidmətindən istifadə edir.
Pilotların hazırlanmasının yüksək keyfiyyətinin, koordinator həmçinin aviaqəzaların sayı nəzərə alınmaqla yüksək dəyərləndirildiyini bildirib. Belə ki, onun sözlərinə görə, son 10 ildə Türkiyə hava yollarında 3-4 bədbəxt hadisə qeydə alınıb.
Qeyd edək ki, bu mərkəzdə ildə 10 minlərlə insan təlim keçir, o cümlədən 3 min pilot gün ərzində mərkəzdə 850 nəfərə təlim keçir.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










