Türkiyədəki qasırğa Azərbaycana da GƏLİR?: Umayra Tağıyeva AÇIQLADI

“Orta troposferdə bərqərar olmuş axınla hər hansı hava kütləsi ölkə ərazisinə daxil ola bilər. Lakin sinoptik xəritələrin təhlili onu göstərir ki, hazırda Türkiyədə hava şəraitində gözlənilən dəyişiklik Azərbaycan ərazisinə öz təsirini göstərməyəcək”. Avtosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva həftəsonu Türkiyə ərazisinə müşahidə ediləcək qasırğanın Azərbaycan üçün təhlükəsindən danışarkən deyib. U.Tağıyeva yaxın günlərdə hava şəraitində ciddi bir dəyişikliyin olmayacağını bildirib: “Türkiyədə hava şəraitinin dəyişdiyi halda oxşar prosesin Azərbaycanda da müşahidə edilməsi mütləq deyil. Lakin buna baxmayaraq Türkiyədən Aralıq dənizi siklonlarının Azərbaycana yaxınlaşması və hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Yaxın günlər ərzində isə hava şəraitində mühüm və ciddi dəyişikliklər gözləmirik. Havanın teperaturu iqlim norma daxilində tərəddüd edəcək. Əsasən, cənub istiqamətli mülayim külək əsəcək. Sentyabrın 30-u axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Ölkə ərazisində yaxın iki gün ərzində təhlükə yarada biləcək hidrometeoroloji hadisə gözlənilmir. Bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında qısa müddətli yağış yağacaq. Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək”. Qeyd edək ki, hidrometeoroloqlar həftəsonu Türkiyəyə Aralıq dənizindən daxil olacaq hava şəraiti ilə əlaqədar olaraq qasırğa müşahidə ediləcəyi ilə bağlı xəbərdarəq edib. (publika)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












