Türkiyəyə qadın aparan Fidanın dəhşətli əməlləri - FOTO

Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyan Fidan Babayevanın barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb. Avtosfer.az teleqraf.com–a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanının təqdimatı təmin olunub. Fidan Babayevanın barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb. Qeyd edək ki, bu ilin avqustunda Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə Fidan Babayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva 2009-cu ildən insan alveri ittiham üzrə axtarışda olub. Həmin vaxtdan İnterpol kanalları vasitəsi ilə axtarışda olan Fidan Babayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparmaqda, orada həmin qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinib. Həmçinin Fidan Babayevanın Bakıda mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etməsi də müəyyən olunub. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Babayeva saxlanılıb. İstintaq orqanı tərəfindən Fidan Babayevaya Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. Hazırda istintaq hərəkətləri davam edir.

Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










