Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb - FOTO

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib. Belə ki, zavodda gəminin sualtı və suüstü hissələri təmizlənib və rənglənib.
Bundan başqa, “Berkarar” gəmisinin hər iki baş mühərriki, dizel generatorları, 6 nasosu təmir olunub. Elektrik sistemləri sazlanıb. Eyni zamanda həm maşın şöbəsində, həm də göyərtdə boruquraşdırma işləri görülüb.
Təmirdən sonra gəmi dəniz sınağından keçib. Sınaq uğurla başa çatdırılıb. Artıq gəmi sahibinə təhvil verilib.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu mütəmadi xarici ölkələrdən sifarişlər alır.
Namiq
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













