Üç aydır suyun içərisində yaşayan SAKİNLƏR: Heç bir yardım almırıq ... - VİDEO

Ötən ilin oktaybr ayında paytaxtda güclü yağış yağdı, yağış suları şəhərdə və qəsəbələrdə bir sıra fəsadlar yaradıb. Avtosfer.az xəbər verir ki, hadisənin üzərindən 3 aydan çox vaxt keçsə də yağışın fəsadları Binə qəsəbəsində hələ də qalmaqdadır. Sakinlər hər gün aidiyyəti qurumlara zəng vurub kömək istədiklərini, lakin heç bir yardım ala bilmədiklərini deyirlər.
Üç aydır suyun içərisində yaşamaqdan bezən sakinlər problemlərini "Xəzər Xəbər"ə danışıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Ərazinin yaxınlığında da kanalizasiya sistemi olmadığından yağış sularının ünvandan kənarlaşdırılması işi çətinləşir. Qurum deyir ki, məsələ müvafiq rayon sukanal idarəsinin diqqətindədir.
Xəzər Rayon İcra Hakimiyyəti və qəsəbə bələdiyyəsindən isə mövqe bildirilməyib.
Ətraflı videomaterialda.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












