"Üç aydır təmir adı ilə bağlanıb” - “Kimə deməliyik, pul ...” - FOTO - VİDEO

Təxminən üç aya yaxındır ki, 6 saylı Gəncə Neft baza sahəsi fəaliyyətini dayandırıb, buraya “Benzin” və “Dizel” yanacağı gətirilmir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya Gəncə sakinləri şikayət ünvanlayıblar.
Sürücülər və sahibkarlar iddia edirlər ki, sahənin fəaliyyət göstərməməsi ərazidəki xırda yanacaqdolurma məntəqələrinin bir çoxunda problemlərə yol açıb.
Bildirilir ki, yanacağı daşıyan sürücülər və 6 saylı Gəncə Neft baza sahəsinin çoxsaylı əməkdaşları işsiz qalıblar:
“Kimə deməliyik ki, pul ver dolanaq? 3 aydır ki, təmir adı ilə baza bağlanıb. Təmir də zəif gedir. Biz də gözləyirik ki, görək nə vaxt iş olacaq ki, evimizə çörək aparaq?”
Qeyd edək ki, sözügedən müəssisə ətraf bölgələri də yanacaqla təmin edir.
Sahibkarların sözlərinə görə, müəssisədən onlara Bakıdan yanacaq gətirmələri tövsiyə edilib ki, bu halda da qiymət baha başa gəldiyindən hər hansı sifariş qəbul edə bilmirlər:
“Nə hikmətdirsə, 3 aydır bu təmir qurtarmaq bilmir. Deyirlər, Bakıdan gətirin. Böyük tonajlı maşınlar 30 ton yanacağı Bakıdan 700 manata gətirir. Mənim yanacaqdoldurma məntəqəm də Daşkəsəndədir. Gəncədən yanacağı oraya daşımağa da əlavə 500 manat verməliyəm. Amma buradan 10 ton “Benzin” aparanda 180 manat ödəyirəm. Yəni 30 tonu buradan aparmaq mənə 540-550 manata başa gəlir. Bakıdan gətirmək isə 1200 manat. İkiqat ziyan edirik”.
Sürücülər də bildirir ki, paytaxtdan yanacaq daşımaq onlara qazanc gətirmir.
Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən müsəssisənin fəaliyyəti aparılan təmir işləri ilə bağlı dayandırılıb:
“Bildiririk ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus Gəncə Neft Bazası sahəsində (NBS) sentyabr ayından etibarən əsaslı təmir işlərinə başlanılmış və bu məqsədlə obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd edək ki, neft bazası sahələri strateji əhəmiyyətli obyekt olduğundan, texniki nasazlığın vaxtında aradan qaldırılmaması potensial qəza təhlükəsi yarada bilər. Bunun qarşısını almaq məqsədilə bütün təhlükəsizlik qaydaları, normativ tələblər nəzərə alınmaqla təmir işləri həyata keçirilir”.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra Neft bazası sahəsinin fəaliyyəti bərpa ediləcək:
“Mövcud vəziyyətlə bağlı sahibkarlardan anlayış göstərmələrini xahiş edirik. Həmçinin bildiririk ki, sahibkarlar müvəqqəti olaraq Bakı şəhərində yerləşən 1 və 22 saylı Neft Bazasından istifadə edə bilərlər”.






Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










