Üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib

Bryansk vilayətinin Zlınkovsk rayonunda Rusiya dövlət sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşı barəsində 10 aylıq həbs qətimkan tədbiri seçilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. Belə ki, 2018-ci ilin aprel ayında əvvəllər Rusiyaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşları ölkəyə daxil olmağa çalışıblar və sərhəddə dayanmamaları üçün fərqli məlumatların olduğu yeni pasportlar əldə ediblər. Onlar təyyarə ilə Belarusa gəliblər və maşınla Zlınkovsl rayonundakı Krasnıy Kamen kəndindəki stasionar nəzarət məntəqəsindən keçməyə çalışıblar, amma sərhədçilər onları saxlayıb. Qanunsuz miqrantlar barəsində dövlət sərhədini qanunsuz keçdiklərinə görə cinayət işi açılıb. Məhkəmə hər üç Azərbaycan vətəndaşını törətdikləri cinayət işi ilə təqsirli bilib və onları cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 aylıq həbs cəzasına məhkum edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












