Üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açılıb - Bərdədə

Bərdədə avtomobil oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, bu ilin aprel ayında Bərdə rayon Alpoud kənd sakini Ramin İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı maşının oğurlandığı barədə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nətcəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri Nurlan Məmmədli və İbrahim Feyziyev şübhəli blinərək saxlanılıb. Araşdırmalarla onların 2015-ci ildə Alpoud kəndindən daha bir “VAZ-2107” markalı maşını oğurladıqları da məlum olub. Onların ətrafında davam etdirilən araşdırmalarla həmyerliləri Abbas Şabanov və Elmir Həsənov ilə birlikdə İmişli rayonun ərazisindən bir ədəd “VAZ-2107” və Beyləqan rayonun ərazisindən iki ədəd traktor qoşqusu oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan avtomobillər maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY













