Üç nəfər bıçaqlanıb - Lənkəranda

Lənkəranda üç nəfər bıçaqlanıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına üç nəfər yaralı bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə daxil olub. Daxil olan yaralılardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarətlər alıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni F.Məlikov şəxsi münaqişə zəminində törədib və sonradan özünə xəsarətlər yetirib. İki yaralı əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hadisəni törətməkdə təqsirli bilinən F.Məlikova ambulator yardım göstərildikdən sonra buraxılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












