Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq

Ukraynanın Moskva və ətrafına, o cümlədən yanacaq və neft emalı infrastrukturuna həyata keçirdiyi genişmiqyaslı raket və dron hücumları Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin son gününə təsadüf edib. Rusiya rəsmiləri hücumların seçkiləri pozmaq məqsədi daşıdığını bildiriblər. Ukrayna tərəfi isə zərbələrin əsasən Rusiyanın neft və logistika infrastrukturuna yönəldiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Kremlə yaxın siyasi ekspertlər Ukraynanın hücumlarını əsasən iki səbəblə izah edirlər. Onun sözlərinə görə, bu izahlardan birincisi Kiyevin Rusiyada keçirilən Dövlət Dumasına seçkiləri pozmağa çalışması, ikincisi isə Qərbdən daha çox maliyyə yardımı almaq məqsədilə təzyiq göstərmək istəyidir.
Elxan Şahinoğlu hesab edir ki, Ukraynaya Avropa İttifaqının maliyyə dəstəyi onsuz da davam edir və Moskva istiqamətində həyata keçirilən hücumların bu yardıma birbaşa təsir göstərməsi barədə nəticə çıxarmaq mümkün deyil.
Politoloq Dövlət Dumasına seçkilərlə bağlı isə Rusiyada siyasi sistemin xüsusiyyətlərinə diqqət çəkib. O, hesab edir ki, Ukraynanın hücumlarının seçkilərin nəticələrinə ciddi təsir göstərməsi mümkün deyil.
“Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”, – deyə Elxan Şahinoğlu bildirib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18–20-də keçirilib. Səsvermənin son günündə Moskva və Moskva vilayətinə genişmiqyaslı dron hücumları baş verib. İlkin nəticələrə əsasən, hakim “Vahid Rusiya” partiyası səsvermədə üstün mövqedədir.
Şahinoğlu əlavə edib ki, bu vəziyyət Rusiyada Ukraynaya qarşı müharibəni dəstəkləyən əhalinin əhəmiyyətli hissəsinin mövcudluğunu göstərir. Politoloq bu mövqeyini Rusiyada İosif Stalinin irsinə münasibətlə də əlaqələndirib.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












