Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA

Müharibə şəraitində nəqliyyat və logistika sistemini yeni reallıqlara uyğunlaşdıran Ukrayna bir sıra sahələrdə diqqətçəkən təcrübə formalaşdırıb. Bu təcrübənin müəyyən elementləri Azərbaycanın gələcək nəqliyyat siyasətində də tətbiq oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev səsləndirib.
Ekspert bildirib ki, hava məkanının bağlanması və dəniz daşımalarının məhdudlaşması fonunda Ukraynada yükdaşımaların əsas hissəsi dəmir yolu və avtomobil nəqliyyatına yönəldilib. Eyni zamanda, sərnişindaşıma qonşu ölkələrin hava limanları və dəmir yolu şəbəkələri ilə inteqrasiya olunaraq təşkil edilib. Kiyev və Kişinevdə fəaliyyət göstərən bir neçə avtovağzal və avtostansiya şəhər mobilliyinin səmərəli təşkilinə nümunə ola bilər.
Rauf Ağamirzəyev qeyd edib ki, müharibə dövründə inklüziv şəhər mühitinin yaradılması da prioritet istiqamətlərdən biri olub. Piyada keçidlərinin əlçatanlığının artırılması, səsli svetoforların quraşdırılması, Brayl əlifbalı lift düymələri, panduslar və yeni tikililərdə sığınacaqların nəzərə alınması şəhərsalmada mühüm yeniliklərdəndir.
Ekspert rəqəmsallaşmanın da diqqətçəkən nəticələr verdiyini bildirib. Ukraynada Kyiv Digital platforması vasitəsilə ictimai nəqliyyat biletlərinin alınması, nəqliyyat kartlarının idarə edilməsi, dəmir yolu xidmətləri və digər rəqəmsal xidmətlər vahid sistemdə birləşdirilib. Bundan əlavə, Lvov şəhərində tətbiq olunan Stop ID sistemi sayəsində sərnişinlər SMS və ya QR kod vasitəsilə avtobusların real vaxtda gəliş vaxtını öyrənə bilirlər.
Rauf Ağamirzəyev hesab edir ki, yol təmiri zamanı müvəqqəti nişanlanma, iriölçülü işıqforlar, qorunan piyada keçidləri və diqqəti artıran yol nişanlarından istifadə kimi həllər də Azərbaycanın yol infrastrukturu layihələrində nəzərdən keçirilə bilər.
Ekspertin fikrincə, Azərbaycanın nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlarının Ukrayna ilə təcrübə mübadiləsi aparması, birgə texniki səfərlər və pilot layihələrin həyata keçirilməsi gələcək islahatlara müsbət töhfə verə, ölkədə dayanıqlı logistika, rəqəmsal mobillik və şəhər nəqliyyatı sisteminin daha da inkişafına xidmət edə bilər.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












