Ukraynanın Xəzərdə İran gəmisini vurmasının nəticələri nə olacaq? - POLİTOLOQ

Ukrayna ilə İran arasında son günlər yaşanan gərginlik və tərəflər arasında qarşılıqlı ittihamlar iki ölkə arasındakı münasibətlərin gələcək istiqaməti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, Ukraynanın Xəzər dənizində İran gəmisini vurduğu barədə yayılan məlumatlar, eləcə də İran və Ukraynanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığı fonunda münasibətlərin necə dəyişəcəyi, həmçinin Tehranın Kiyevə qarşı mövqeyini daha da sərtləşdirib-sərtləşdirməyəcəyi sual doğurur.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın əvvəldən Rusiyaya göstərdiyi dəstək Ukraynanın ciddi narazılığına səbəb olub. Kiyev hesab edir ki, Rusiyaya hərbi və ya digər formada dəstək verən dövlətlər də buna görə cavabdehlik daşıyır:

"Xəzər dənizində İran gəmisinin vurulması ilə bağlı iddialar da Ukraynanın bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir. İran və Ukraynanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığı iki ölkə arasında münasibətlərin müəyyən qədər normallaşmasına müsbət təsir göstərə bilər. Lakin hər iki tərəfdə sərt mövqe müşahidə olunur. İran mediasında Ukraynaya qarşı, Ukrayna mediasında isə İrana qarşı kəskin ittihamlar səsləndirilir. Bu da tərəflər arasında ciddi etimadsızlığın və gərginliyin davam etdiyini göstərir. Mövcud vəziyyəti nəzərə alsaq, gələcəkdə də oxşar insidentlərin baş verməsi ehtimalı var. Bunun əsas səbəbi İranın Rusiyaya verdiyi dəstəkdir. Tehran bu siyasəti davam etdirdiyi müddətdə Ukraynanın narazılığı da artacaq və rəsmi Kiyev İrana qarşı müxtəlif addımlar ata bilər. Ukrayna rəhbərliyi daha əvvəl də bu mövqeyini açıq şəkildə ifadə edib. İrana məxsus gəminin vurulması ilə bağlı iddialar da Kiyevin xəbərdarlıqlarının sadəcə bəyanat olmadığını göstərir. Bununla belə, hadisələrin açıq hərbi qarşıdurma səviyyəsinə çatacağını gözləmirəm. Daha real ehtimal odur ki, bu proses Ukrayna ilə İran arasında diplomatik münasibətlərdə gərginliyin daha da artmasına səbəb olacaq".
Fatimə
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












