Umayra Tağıyeva: "Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir”

Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı əsasən antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. O bildirib ki, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: "Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq". U.Tağıyeva qeyd edib ki, tozlu hava şəraiti Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunur: "Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizmində əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir".
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












