Umayra Tağıyeva: “Sentyabrın 17-dən etibarən havanın temperaturu aşağı enməyə başlayacaq”

“Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq”. Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib. O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur: “Ümumiyyətlə, sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq”. U.Tağıyevanın sözlərinə görə, sentyabr ayına xarakterik göstəricilərə uyğun olaraq, son günlər gündüz müşahidə edilən temperaturla axşam müşahidə olunan arasında fərq var: “Gecə və gündüz arasında olan temperatur fərqi avqust ayı ilə müqayisədə daha çox hiss edilir. Gündüz hava isti olsa da, axşam saatlarında sərinlik qeydə alınır”. Şöbə müdiri qeyd edib ki, sentyabr ayının temperatur rejimi əhali, xüsusən də meteohəssas insanlar üçün əlverişlidir: “Bu il sentyabar ayının ikinci yarısında meteohəssas insanlar üçün komfort hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 30-32 dərəcədən yuxarı olmayacaq”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










