“Ümumdünya QHT günü” - İnsanları birləşdirən tarix

“Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən QHT nümayəndələri üçün əhəmiyyət kəsb edən “Ümumdünya QHT günü” müxtəlif ideyalar, təşəbbüslər ətrafında təmənnasız birləşən insanları birləşdirən tarixdir.
Qeyri-hökumət təşkilatları fəaliyyət göstərdikləri coğrafi ərazidən asılı olmayaraq cəmiyyətlə yanaşı addımlayan, ictimaiyyəti düşündürən əksər mövzularda töhfələr verən, fərqli və müstəqil rola malik önəmli təsisatdır. Təsadüfi deyil ki, vətəndaş cəmiyyəti seqmentinin dünyada gedən ictimai proseslərdə əhəmiyyəti günü-gündən artmaqdadır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT.az-a özəl açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkəmiz müstəqillik əldə etdikdən sonra milli dövlət quruculuğu prosesində azad vətəndaş cəmiyyətinin formalaşması əsas məqsədlərdən biri idi və növbəti tarixi mərhələlərdə dövlətin birbaşa dəstəyi, silsilə şəklində normativ sənədlərin qəbulu ilə ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişafına əsaslı şəkildə təkan verildi. Sevindirici haldır ki, hər il ölkədə fəaliyyət göstərən QHT-lərin sayı artır, fəaliyyət istiqaməti genişlənir. Mübaliğəsiz deməliyik ki, hal-hazırda QHT-lər ölkədə baş verən əksər ictimai, milli, sosial məsələlərdə aktiv iştirak edirlər.
Onlar nəinki yerli təşəbbüslərdə, hətta beynəlxalq platformalarda da öz fəaliyyət istiqamətləri üzrə məsələlərə təsir göstərir, müxtəlif bəyanatlar, müraciətlər ünvanlayır, çoxsaylı yan tədbirlər təşkil edirlər. Qeyd edim ki, ötən il ölkəmizdə keçirilən dünya miqyaslı tədbirdə- COP29-da da QHT-lərimiz aktiv iştirak etdilər.
Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonu 2000-dən çox qonağın iştirakı ilə 54 layihəyə uğurla ev sahibliyi etdi və dünya QHT-lərinin də kürsüsünə çevrildi. Bu bir daha onu göstərdi ki, Azərbaycan QHT-ləri öz beynəlxalq tərəfdaşları ilə birlikdə qlobal təşəbbüslər icra edir və inanıram ki, vətəndaş cəmiyyətinin fəallığı günü-gündən daha da artacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi də artıq 4 ildir ki, Azərbaycanda ilk milli donor institutunun hüquqi varisi kimi QHT-lərimizin ideya və təşəbbüslərində həm konsultativ, metodiki, həm də maliyyə dəstəyi göstərir. Yeri gəlmişkən yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrinin nəticələri elan ediləcək və hər il təqdim olunan layihələrin keyfiyyət göstəricilərinin yüksəlməsini müşahidə edirik və bu bizi çox sevindirir.
Fürsətdən istifadə edərək Agentliyin fəaliyyətində bizimlə çiyin-çiyinə çalışan, müxtəlif layihə və proqramlarda Agentliklə əməkdaşlıq edən fədakar QHT nümayəndələrimizi bu əlamətdar gün münasibətilə təbrik edir, Agentliyin fəaliyyətinə verdikləri dəstəyə görə təşəkkürümüzü bildirir, bundan sonra da milli və ictimai əhəmiyyətli məsələlərdə birlikdə fəaliyyət göstərməkdən məmnunluğumuzu ifadə edirik.
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır – Bu ərazidə yaşayanlara şad xəbər
Hansı halda telefonla danışan sürücü cərimələnməyə bilər? - EKSPERT
Təzəcə təmir olunan hasar niyə yenidən üzlənir? - ŞİKAYƏT
Azərbaycanın əsas dəmir yolu xətti müasirləşdirilir – Yeni mərhələ
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Bu 3 yolda sıxlıq var - FOTO
Xırdalan və Sumqayıta metro xətti çəkiləcək? - RƏSMİ AÇIQLAMA
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT










