Universitetlərdə 3 mindən artıq boş yer qalıb - TARİX AÇIQLANDI

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, ixtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.
Belə ki, I ixtisas qrupunda abituriyentlər 20 min 385 boş yerin 18 min 432-sinə qəbul alıb. Bu da o deməkdir ki, bu qrupda 1953 boş yer mövcuddur.
II ixtisas qrupuna 14 min 935 boş yer ayrılmışdır ki, bunun da 14 542-si dolub. Nəticələr açıqlandıqdan sonra məlum olur ki, ixtisas seçiminin ikinci cəhdində bu ixtisas qrupunda 393 yer qalıb.
Hər il gərgin rəqabətin olduğu III qrupda boş yerlərin 98,44 faizi dolub. Belə ki, bu qrupda 15 min 583 boş yerin 15 min 340-ı dolub. İxtisas seçiminin ikinci cəhdi üçün III qrupda boş qalan yerlərin ümumi sayı 243-dür.
IV qrup üzrə qəbul aparılan universitetlərdə ümumilikdə 4 min 732 boş yer var idi, ixtisas seçimindən sonra bu qrup üzrə ali məktəblərə qəbul olanların sayı 4 min 507 nəfər olub. Boş qalan yerlərin sayı isə cəmi 225-dir.
V qrupda isə 4 min 704 boş yerə 4 min 415 nəfər qəbul olunub. Hazırda bu ixtisasda boş yerlərin sayı 289-dur.
Qeyd edək ki, boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










