Uşağı maşın vurdu: sürücü davaya çıxdı – VİDEO

Bakıda velosipedlə yolu keçmək istəyən uşağı avtomobil vurub. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Hadisənin görüntüləri isə ərazidəki təhlükəsizlik kamerasına düşüb. Sürücü dərhal avtomobili saxlayaraq daha böyük faciənin qarşısını alıb. Yerə yıxılan uşaq isə dərhal babasına doğru qaçıb. Ağlamağa başlayan uşağı babası qucaqlayaraq sakitləşdirməyə çalışıb. Bu zaman sürücü maşından düşüb və uşağın səhhəti ilə maraqlanmağa başlayıb. O, uşağın babası ilə söhbət zamanı mübahisə edib. Sözlə başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Ətrafda olan şahidlər onlara müdaxilə edərək ayırıblar. Hadisə ilə bağlı məlumat verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər hazırda polis əməkdaşları tərəfindən araşdırılır. Hadisə bu cür məsələlərdə valideyn məsuliyyətini gündəmə gətirir. Bəs velosipedlə avtomobil yoluna çıxan uşaqlar qəzaya səbəb olduqda onun valideyni inzibati qaydada məsuliyyətə cəlb edilirmi?
Vaqif Əsədov deyib ki, qanunvericilikdə bununla bağlı heç bir maddə yoxdur. Amma hər bir valideyn velosiped idarə edən azyaşlı uşağını yolun hərəkət hissəsinə çıxmağının qarşısını almalı və bir dəqiqə belə onları nəzarətsiz qoymamalıdır. Bölmə rəisi onu da qeyd edib ki, ilin əvvəlindən bu günə qədər Bakıda 6 velosipedçini avtomobil vurub. Onlardan iki nəfər ölüb, 4 nəfər isə ağır xəsarət alıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












