Uşaq oğurluğu ilə bağlı videogörüntüyə cavab verildi - Sumqayıtda

Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntü ilə bağlı həmin məktəbin rəhbərliyi açıqlama verib. Hadisə ilə bağlı adı hallanan Sumqayıt şəhər 24 saylı orta məktəbin rəhbərliyindən Trend-ə bildirilib ki, məktəb ərazisi hasarlıdır və bu ərazidə uşaqların oğurlanması halları baş verməyib və ərazidə heç bir şübhəli şəxs görülməyib: “Bu videonu hamıya telefonla göndərirlər. Bizə də deyiblər ki, həmin şəxs guya yaxınlıqdakı uşaq bağçasının ətrafında və yeni salınan yaşayış massivində videoya düşüb”.
Adının hallanmasını istəməyən yaxınlıqdakı özəl bağçadan bildirilib ki, onların binaları hər tərəfdən videomüşahidələr aparır: “İndiyədək videoya belə şübhəli şəxs düşməyib. Əgər belə bir şəxs olsaydı, ilk növbədə biz hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edərdik. Bu video Sumqayıtda demək olar ki, əksər valideynlərin telefonuna göndərilib".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












