Uşaqlara bayramlıq hədiyyə alarkən diqqətli olun! – VİDEO

Hər il olduğu kimi bu il də bayrama az qalmış mağaza və yarmarkalarda uşaqlar üçün bayramlıq hədiyyələr satışa çıxarılıb. İndi xüsusəndə valideyinləri maraqlandıran məsələ həmin hədiyyə qutularının içərisnişdə olan məhsulların keyfiyyət məsələsidir. Elə buna görə də qida təhlükəsizliyi agentliyinin valideyinlərə bir sıra tövsiyyələri var. Paytaxtın müxtəlif ərazilərində yeni il öncəsi mağazalarda satışa çıxarılan və uşaqlar üçün nəzərdə tutulan hədiyyələri demək olar ki, bir çox valideynlər alır. Ancaq bu hədiyyələri alarkən hədiyyə qutularının içərisindəki məhsulların istifadə müddətinə fikir verilməlidir. Çünki bəzən hədiyyələrin içərisində olan şirniyyatlar və digər qidaların müddətinin keçdiyi məlum olur. Uşaqlar üçün nəzərdə tutulan bu hədiyyələr mağazalarda həcmindən asılı olaraq müxtəlif qiymətə satılır. Satıcıların sözlərinə görə, hədiyyə qutuları müxtəlif şirkətlərdən hazır vəziyyətdə gəlir. Çəkiliş zamanı hədiyyə qutularının içindəki məhsulların son istifadə tarixinə baxdıq.
Qida Təhlükəsizliyi Agnetliyinin mütəxəssisi Günel Məlikzadə deyir ki, indiyədək hədiyyə qutularındakı məhsulların keyfiyyətsiz olması ilə bağlı Agentliyə hər hansısa şikayyət daxil olmayıb. Vətəndaşlar qutunun içindəki məhsulların üzərindəki son istifadə tarixinə diqqət etmədən həmin məhsulları almasınlar.
Hansısa problemlə qarşılaşan vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xəttinə zəng vurub şikayət edə bilər.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










