Üsəma bin Ladenin anası: "O, çox yaxşı uşaq idi və məni çox sevirdi"

"Əl-Qaidə" terror qruplaşmasının yaradıcısı və lideri Üsamə bin Ladenin anası Aliyə Qanem Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibə verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzetdə A.Qanemin hazırda Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində Üsəma bin Ladenin qardaşları - Əhməd və Həsən və ikinci həyat yoldaşı Məhəmməd əl-Attas ilə birgə yaşadığı göstərilir. "Oğlum Üsəma bin Laden məndən uzaq olduğundan həyatım çox çətin olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi", - ana deyib. A.Qanem bildirib ki, Üsəmanı üç yaşından etibarən ikinci həyat yoldaşı böyüdüb. Ana ilk övladı olan Üsəmanı utancaq, təhsildə bacarıqlı biri kimi xatırlayır. Onun sözlərinə görə, universitetdəki insanlar onu dəyişdi və o, fərqli biri oldu. "İyirmi il ərzində onun beynini dolduran insanlarla görüşənə qədər o, çox yaxşı uşaq idi. Həmişə ona belə şəxslərdən uzaq durmasını deyərdim. Heç vaxt mənə nə işlə məşğul olduğunu deməzdi. Çünki məni çox sevirdi" - A.Qanem xatırlayır. Ananın sözlərinə görə, heç vaxt oğlunun cihadçı ola biləcəyindən şübhələnməyib. O qeyd edir ki, oğlunun əslində kim olduğunu başa düşdükdə dərindən üzülüb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












