Ustaları cinayət məsuliyyəti gözləyir - VİDEO

Bəzi avtomobil təmiri sexləri qanunsuz fəaliyyət göstərir. Avtomobillərin sayının artması fonunda ustalara yaranan tələbat işbazları da hərəkətə keçirir. Belə "ustalar" avtomobillərdə yaranan problemləri həll etmək əvəzinə əlavə problem yaradırlar. Təmir üçün müraciət edən sürücüləri çətin duruma salırlar. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb. Qanunsuz fəaliyyət göstərən avtomobil təmiri sexlərinin əksəriyyətində qeyri-peşəkar ustalar çalışdığından onların gördükləri iş də keyfiyyətsiz olur. Bu azmış kimi avtomobilini təmir etdirən sürücüyə ödədiyi məbləğin qarşılığında qəbz də təqdim olunmur.
Vilayət Zeynalov - Hüquqşünas: "Özümün maşınını Göyçayda təmir ediblər. Yolda yandı. Güclə söndürmüşük".
Füzuli Abdullayev - Usta: "Diaqnozu dəqiq qoyub, sonra təmir işləri aparılmalıdır".
Hüquqşünaslar bildirirlər ki, təmir sexlərində kassa aparatı olmalı və göstərilən xidmətin müqabilində avtomobil sahibinə qəbz təqdim edilməlidir. Əgər avtomobilə təmir zamanı hər hansı bir zərər dəyərsə, nəqliyyat vasitəsinin sahibi məhkəməyə müraciət edə bilərlər. Belə olan halda dəyən zərər avtomobilin təmir olunduğu sexin sahibi tərəfindən ödənilməlidir. Təmirin keyfiyyətsizliyi ucbatından daha ciddi bədbəxt hadisələr baş verərsə, sex sahibinin cinayət məsuliyyətinə də cəlb olunması mümkündür.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA











