Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR

Bu gün bəzi xəbər portallarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədov idarə etdiyi Çin instehsalı “BYD” markalı avtomobil müəyyən problemlərin olduğu ilə bağlı məlumatlar yayılıb. Avtosfer.az məsələ ilə bağlı polis polkovniki Vaqif Əsədovun özü ilə əlaqə saxlayıb. V.Əsədov saytımıza açıqlamasında bildirib ki, artıq 2 ildən çoxdur ki, Çin instehsalı olan “BYD” markalı avtomobili idarə edir. Avtomobil rahat və komfortlu olması ilə yanaşı bugünün tələblərinə tam cavab verir. “Son illərdə Azərbaycanda avtomobil bazarında nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Əhalinin yeni avtomobillərə marağının artması, dövlət tərəfindən avtomobil parkının yenilənməsinə yönəlmiş təşviqedici tədbirlər və müasir texnologiyaların geniş yayılması nəticəsində Çin istehsalı avtomobillər bazarda öz mövqeyini getdikcə möhkəmləndirir. Əvvəllər daha çox qiymət üstünlüyü ilə seçilən Çin avtomobilləri bu gün artıq keyfiyyət, təhlükəsizlik, innovativ texnologiyalar və elektrik mühərrikli modelləri ilə də diqqət çəkir. Dünyanın aparıcı avtomobil istehsalçılarından birinə çevrilən Çin şirkətləri beynəlxalq standartlara uyğun istehsal həyata keçirir. Məhz bu səbəbdən də mən Çin instehsalı “BYD” markalı avtomobilnə keçid etmişəm”, deyə V.Əsədov bildirib.
V.Əsədov deyib ki, müasir avtomobillər əvvəlki nəsil nəqliyyat vasitələri ilə müqayisədə daha sərt ekoloji standartlara cavab verir. Xüsusilə hibrid və elektrik avtomobillərinin geniş yayılması karbon emissiyalarının azaldılması istiqamətində mühüm addım hesab olunur.
V.Əsədov həmçinin xüsusi vurğulayıb ki, Çin instehsalı olan avtomobillər gətirənlər daha yaxşı olar ki, sertifikatı olan ehtiyyat hissələrini gətirilməsini təmin etinlər və sürücülər üçün daha əlçatan olsun. Geniş təlabatı nəzərə alaraq sürücülər rəsmi servislərdən istifadə etməli və avtomobilə lazım olan ehtiyat hissələrini rəsmi distributordan almalıdırlar. “Fikrimcə, son iki ildə bu avtomobili idarə edən bir sürücü kimi deyə bilərəm ki, təhlükəsizlik baxımından olduqca mükəmməl ailə avtomobilidir. Avtomobil həm möhkəm, həm dayanıqlı, həm də etibarlıdır. Günün vaxtından və hava şəraitindən asılı olmayaraq, sürücüyə maksimum dəstək göstərir. Təhlükə yarana biləcək halları əvvəlcədən müəyyən edərək müxtəlif təhlükəsizlik sistemlərini avtomatik işə salır. Bu baxımdan demək olar ki, sürücünün ehtiyat tədbirləri görməsinə əhəmiyyətli dərəcədə kömək edən ağıllı təhlükəsizlik texnologiyaları ilə təchiz olunub.Sevindirici haldır ki, son illərdə ölkəmizdə tam elektrik avtomobilləri üçün elektrik doldurma məntəqələrinin sayı da sürətlə artır. Bu isə həm elektrik avtomobillərindən istifadənin rahatlığını yüksəldir, həm də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin daha geniş yayılmasına əlverişli şərait yaradır”, deyə V.Əsədov vurğulayıb.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ














