Vaqif Əsədov Nobel prospektində tıxacın səbəbini AÇIQLADI

Bakının Nobel prospektində bir neçə gündür müşahidə olunan tıxacın səbəbi Babək prospekti ərazisində aparılan yol təmir-tikinti işləri ilə bağlıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, hazırda Babək prospektində 10-cu zavod dairəsindən 8-ci km qəsəbə istiqamətində yeni yol örtüyünün çəkilməsi davam etdirilir: “Ona görə də "Babək körpüsü" kimi tanınan ərazidən başlayaraq üzü Keşlə istiqamətində olan hissə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb və istiqamət dəyişdirilib. Qeyd edilən əraziyə avtomobillərlə giriş-çıxış məhdudlaşdırıldığı üçün Babək prospekti ilə gələnlər və yaxud gedənlər təbii ki, Nobel prospektindən və yaxud digər alternativ yollardan istifadə etməyə məcbur olurlar. Bu da sıxlığın və yaxud tıxacların yaranmasına səbəb olur”. O bildirib ki, yol polisi əməkdaşları hərəkəti quraşdırılmış kameralar vasitəsilə izləyir, ərazidə xidmət aparır: “Həmin ərazidə yalnız maddi zərərlə nəticələnən hadisələr baş verib. Qısa zaman ərzində bu ərazidə təmir-tikinti işləri başa çatacaq, sürücülər də əvvəlki kimi orada rahat və fasiləsiz hərəkət edə biləcəklər. Qeyd edim ki, "Babək körpüsü" kimi tanınan ərazidən Keşlə istiqamətində olan hissə artıq yeni asfalt örtüyü ilə üzlənib, xətlər çəkilib. Çox güman ki, qısa müddətdə o ərazi istifadəyə veriləcək və tıxac problemi aradan qalxacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












