Vaqonlardakı köçkün məktəbi yeni binaya köçürüləcək - RƏSMİ

“Ağdam rayonunun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmir Yolu Vağzalında dəmir vaqonlarda fəaliyyət göstərir”. Modern.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam rayon Təhsil şöbəsindən bildirilib. Məlumatda qeyd olunub ki, 122 nömrəli məktəbdə Ağdam şəhər Seçki Dairəsinin 3 saylı seçki məntəqəsi yerləşir. "Ərazidə olan məcburi köçkün ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və növbəti mərhələdə qəsəbə salınarkən onlara ev verilməsi nəzərdə tutulub. Hər bir yeni salınmış məcburi köçkünlər üçün qəsəbələrdə bütün standartlara cavab verən məktəb binaları tikilib əhalinin istifadəsinə verilir. Yeni salınacaq qəsəbəyə 122 nömrəli köçkün tam orta məktəbin köçürülməsi mümkün olacaq", - Ağdam rayon Təhsil şöbəsindən vurğulanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












