“VAZ” "Mercedes"lə toqquşdu: 3 yaralı, 18 iştirakçı saxlanılıb

Rusiya paytaxtı Moskva şəhərində avtomobil yolunda atışma baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, polis münaqişənin 18 iştirakçısını saxlayıb, üç nəfər xəstəxanaya yerləşdirilib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yaralılar qapallı kəllə travması, burun sümüyünün sınması, qarın nahiyəsində kəsici-deşici yara, dirsəyin kəsik yarası, ətraflarda güllə yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Öz növbəsində, Ermənistan KİV-ində saxlanılanlar arasında 7 erməni, 8 azərbaycanlı, 2 çeçen və 1 gürcünün olduğu xəbər verilib. Qeyd olunur ki, münaqişəyə VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması səbəb olub. Qəzadan sonra sürücülər maşından düşərək münasibətləri aydınlaşdırmağa çalışıblar. Onlardan biri travmatik silah çıxarıb, o biri isə yük yerindən çəkic götürüb. Münaqişəyə sürücülərdən birinin sərnişinləri və hadisənin yaxınlığındakı məkanda işləyən dostları qoşulublar. Eyni zamanda Moskvadakı Azərbaycan diasporunun nümayəndələri bildiriblər ki, dünən Biryulyova rayonunda azərbaycanlıların iştirakı ilə başqa bir insient də yaşanıb. Yerli kafelərdən birində azərbaycanlılar və çeçenlər arasında baş tutan mübahisə davaya keçib, ardından atışma olub, yaralananlar var. Azərbaycanlılar arasında xəsarət alan yoxdur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












