Vəkil həbs edilən tabor komandirinə bəraət istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədova müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu, Ş.Bəyəlizadənin Etibar Məmmədovu əvvəllər tanımadığını bildirib: "Etibar Məmmədovu onun evinə İlqar adlı şəxs gətirib və ondan dərman alması xahiş edilib. Şahmar isə dərmanı alandan sonra İlqar qonağını onunla birgə yola salmağını istəyib. Yolda gedən zaman atışma düşüb və Etibar maşının baqajından çıxıb polislərə güllə atıb". Vəkil müvəkkilinə bəraət hökmünün çıxarılmasını tələb edib. Daha sonra taksi sürücüsü Məhəmməd Hacıyevin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə olduğu müddəti hesablanıb, məhkəmə zalından azadlığa buraxılması istəyib. Təqsirləndirilən Günay Atakişiyevanın vəkilləri də müdafiə çıxışı edib. Onlar müvəkkillərinin vərəm xəstəsi olduğunu söyləyib və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin vəkili Ziyad Abbaszadə müdafiə çıxışında müvəkkilinin günahsız olduğunu qeyd edib. O, B.Abdullayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib. Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO








