Vergi islahatı yanacağın qiymətinin enməsinə səbəb olub

Koreya Respublikasında dizel yanacağının pərakəndə satış qiyməti orta hesabla 7,9 faiz enib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, buna səbəb hökumətin sadə vətəndaşların və kiçik sahibkarların maddi vəziyyətinin yaxşılaşdırılması üçün yanacağa tətbiq edilən vergilərin müvəqqəti azaldılması ilə bağlı qərarı səbəb olub. Hazırda yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litri 1556 vona (1,38 ABŞ dolları) satılır ki, bu da əvvəlki qiymətdən 7,9 faiz aşağıdır. Qeyd edək ki, Koreya Respublikasının Ticarət, Sənaye və Enerji Nazirliyi ölkədə yanacağa tətbiq olunan verginin qarşıdakı 6 ay müddətinə 15 faiz azaldılması barədə qərar qəbul edib. Bu, ölkə büdcəsinə yanacağa görə vergi daxilolmalarının 1,78 milyard dollar azaldılması deməkdir. Koreya Respublikasında yanacağa görə illik vergi yığımı orta hesabla 23 milyard dollardır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












