Vertolyotla həbsxanadan qaçan qanqster yaxalandı

Ötən gecə Fransa polisi iyul ayında vertolyotla həbsxanadan qaçan residivist Reduana Faidi yaxalayıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RTL kanalı məlumat yayıb. Məlumata görə, üç ay azadlıqda qala bilən qanqster dogma şəhəri - Parisin şimalındakı Kreyl bölgəsində ələ keçib. Onunla birgə daha 6 nəfər - qardaşı Raşid və iki yaxın qohumu da həbs edilib. Mənzildən silah-sursat da aşkarlanaraq götürülüb. Qeyd edək ki, 25 il həbs cəzası almış 46 yaşlı Faid iyulun 1-də gündüz saatlarında həbsxanadan qaça bilib. Məhbusun qaçışı dustaqlar üçün nəzərdə tutulan görüş zamanı baş verib. Faid silahlı şəxslərin yardımı ilə vertolyotla qaça bilib. Residivist R.Faid Fransanın ən məşhur cinayətkarlarından biri hesab olunur. O, 1990-cı illərdə Fransada baş verən silahlı basqın, qarət, hədə-qorxu yoluyla pul tələb etmə və bu kimi ağır cinayətlərdə iştirak edib. İlk dəfə 1998-ci ildə həbs olunub. Səkkiz il öncə törətdi soyğunçuluğa görə isə bu ilin aprelində 25 il azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Faid 2013-c ildə də "uğurlu qaçış" cəhdi edib. O, zaman qanqster keşikçiləri girov götürüb və həbsxananın divarlarını partladıb. Ay yarım sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










