Vətəndaş öz həyətindəki ağacı kəssə cərimələnə bilərmi?

Son vaxtlar yaşıllıqları məhv edənlərə qarşı cəza tədbirlərinin görülməsi intensivləşib. Cərimələrin sərtləşdirilməsindən sonra ağac kəsənlərin inzibati məsuliyyətə cəlb olması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Təkcə ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların mühafizəsi üzrə 1419 akt və protokol tərtib olunub, 391 iş üzrə 419 min 300 manat məbləğində cərimə iddiası qaldırılıb. Belə sual yaranır, bəs vətəndaş öz həyətyanı sahəsində, şəxsi mülkiyyətində olan ərazidə əkdiyi ağacı hər hansı məqsədlə kəsə bilərmi? Bu halda həmin şəxs məsuliyyətə cəlb olunmalıdırmı?
Qeyd edək ki, yaşıllıqların qorunub mühafizə edilməsi 2014-cü ildə qəbul olunmuş “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yaşıllıqları qanunvericiliyə zidd olaraq kəsib götürənlər və zədələyənlər isə 2016-cı ildə dəyişikliklər edilmiş İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə (253.2, 253.3.1—253.3.3 və digər maddələrlə) nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq tikinti və abadlaşdırma istisna olmaqla yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər.
Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, Yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar. Nazirlikdən həmçinin bildirilib ki, qeyd olunan qaydalar, inzibati cərimə və ziyan tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqlara şamil edilmir. Yaşıllıqların məhv edilməsinə görə təbiətə dəymiş ziyanın hesablanmasına gəlincə isə, bu Nazirlər Kabinetinin 2016-cı ildə təsdiq etdiyi 421 nömrəli “yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” na əsasən hesablanılır. Qaydaya əsasən, məhv edilən ağacların diametri əsas götürülür, dəymiş ziyan məbləği “tikinti və abadlaşdırma istisna olmaqla” və “tikinti və abadlaşdırma məqsədilə” qanun pozuntuları üzrə hesablanılır. Cinayət Məcəlləsində edilən dəyişikliyə uyğun olaraq, dəymiş ziyan məbləği 1000 manat olduqda cinayət tərkibi hesab edilir. Belə olan halda təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndərilir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










