Vətəndaşdan narkotik vasitələr və psixotrop maddələr götürülüb

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, yoxlama nəticəsində, xanım vətəndaşın alt paltarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr və psixotrop maddə aşkar edilib. Aşkar edilən narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 619,1 qram heroin və 1 bükümdə 10 ədəd metadon adlı həb, psixotrop maddə isə 1 bükümdə xalis çəkisi 41,794 qram metamfetamindən ibarət olub. Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












