Vətəndaşı oğurlayıb döyərək 60 min manat tələb edən şəxs tutuldu – Şamaxıda

Şamaxı şəhərində vətəndaşı döyərək ondan külli miqdarda pul tələb edən şəxs saxlanılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib. Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Şahbazov Dünyamalı Şahmurad oğlu şəxsiyyəti məlum olmayan Əziz və Elçin adlı şəxlərlə birləşərək Şamaxı rayonunun Şəhriyar qəsəbəsi sakini Nübari Nazir Nübarəli oğlunun yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər. Həmin şəxslər orada N.Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində D.Şahbazov şübhəli şəxs qismində tutulub, digər şəxslərin isə axtarışlarına başlanılıb. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












