Vətəndaşın daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, onun düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 102,533 qram olan heroin, 1 bükümdə xalis çəkisi 10,008 qram olan tiryək və 1 bükümdə xalis çəkisi 10,262 qram olan həşiş qətranı aşkar edilib. Daha 1 bükümdə isə 3 ədəd metadon adlı və 7 ədəd klonazepam tərkibli həblər aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Klonazepam isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı"na daxildir və 7 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












