Vətəndaşlar “BakuBus” MMC-yə niyə çağırıldı? - FOTO

“BakuBus” MMC-də vətəndaşlarla növbəti görüş təşkil olunub. MMC-dən Avtosfer.az-a verilən məlumata görə, görüşdə vətəndaşlara “BakuBus” MMC-yə etdikləri müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat verilib. Həmçinin, onların fikir və təklifləri dinlənilib. Görüşdə bildirilib ki, “BakuBus” MMC vətəndaşların müraciətlərinin obyektiv araşdırılmasına xüsusi önəm verir. “Qaynar xətt”, elektron poçt və sosial şəbəkələr vasitəsilə, eləcə də Bakı Nəqliyyat Agentliyindən “BakuBus” MMC-yə daxil olan vətəndaş müraciətləri qeydə alınır. Eyni zamanda, müraciətlərin bir qismi dərhal cavablandırılır, araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin, fikir və təkliflərini bildirmək üçün “BakuBus” MMC-yə dəvət edilirlər. Görüşdə vətəndaşlar müraciətlərinə obyektiv yanaşıldığına, həmçinin, onlara diqqət və qayğı göstərildiyinə görə “BakuBus” MMC-yə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılan vətəndaşların əksəriyyəti “BakuBus” MMC-də keçirilən görüşdə iştirak etməyiblər. Görüşə qatılmayan vətəndaşlar yaxın günlər ərzində “BakuBus” MMC-yə gələrək müraciətləri əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat ala bilərlər.
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO














