"Vətəndaşlar düzgün işləyən ictimai nəqliyyatla təmin edilməlidir" - Ekspert

Paytaxt Bakının həlli görünməyən və hər ötən gün daha da dərinləşən tıxac problemi artıq şəhər sakinlərinin gündəlik qayğısından çıxıb, insanların sağlamlığını (əsəb, stress, işə gecikmələrin gətirdiyi fəsadlar) təhdid səviyyəsinə qədər yüksəlib. Sanki problemin həlli mümkünsüz görünür. Amma bu, belə davam edə bilməz; nəsə bir çıxış yolu olmalı və ya tapılmalıdır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda nəqliyyat vasitələrinin sayı çoxdur. Bu qədər nəqliyyat vasitəsi olan şəhərdə normal nəqliyyat infrastrukturu olmalıdır. Vətəndaşlar daha çox xüsusi nəqliyyat vasitələrində üstünlük verməməlidirlər:
"Bizdə əsas problem şəxsi nəqliyyat vasitələrinə vətəndaşların üstünlük verməsidir. Bunun səbəbi yol infrastrukturunda düzgün planlamanın və ictimai nəqliyyatın normal halda olmamasıdır. Bütün bunlar hazırda yaşadığımız problemləri ortaya çıxarır. Vaxtında ictimai nəqliyyat düzgün qurulsaydı, yol infrastrukturu yaxşı planlansaydı, bu problemlər yaşanmazdı. Təəssüf ki, bu problemləri yaşayırıq. Dözülməz vəziyyət yaranıb. Hər kəs düzgün planlanmamanın əziyyətini çəkir. Vaxtında yol infrastrukturunu düzgün qurmayanlar bu problemlə üzləşir. Çıxış yolu dövlət proqramının qəbul edilməsidir. Qəbul edilən proqramda olan işlər düzgün həyata keçirilərsə, müəyyən problemlər öz həllini tapacaq. İctimai nəqliyyat genişlənməli və metro nəqliyyatı inkişaf etməlidir.
Bu gün insanlara şəxsi avtomobildən istifadə etməmək demək olmaz. Vətəndaşlar düzgün işləyən ictimai nəqliyyatla təmin edilməlidir. Təəssüf ki, bunu etmək hələ ki, çox çətindir. Metro şəbəkələrimiz də istənilən səviyyədə inkişaf etməyib, stansiyaların sayı azdır. Bakı şəhərinə bu qədər ictimai nəqliyyat kifayət etmir. Mütləq təhlillər nəticəsində problem öz həllini tapmalıdır".(big.az)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












