Vətəndaşlara yardım üçün 5 milyard dollar ayrılıb

Əbu-Dabi əmirliyinin hakimiyyət orqanları ölkənin əsasının qoyulmasının ildönümü münasibətilə vətəndaşlara 18,3 milyard Birləşmiş Ərəb Əmirlikləri dirhəmi (5 milyard dollar) məbləğində iqtisadi yardım ayrılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yardıma hazır ev və torpaq sahəsi almaq üçün kredit də daxildir. Yardımdan 12 mindən çox insanın faydalana biləcəyi gözlənilir. Əbu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, bu addım “sosial sabitliyin və vətəndaşların layiqli yaşayışının təmin olunmasına” yönəlib. Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı hər il dekabrın 2-də qeyd olunur. 1971-ci ilin həmin günü Əbu-Dabi başda olmaqla 6 əmirlik arasında müstəqil dövlət qurulması barədə razılıq əldə edilib. Bir il sonra onlara Ras-əl-Hayma əmirliyi də qoşulub.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












