Vətəndaşları aldadan şəxs saxlanılıb - FOTO

Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib. O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi, ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib. Aparılmış araşdırma zamanı məlum olub ki, Cəmil Mirzəyev Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanın Məşhəd və Kərbəla ziyarətinə aparılması üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verib. Lakin A.Zeynalov həmin şəxsləri ziyarətə aparmayıb. A.Zeynalov qeyd olunan ziyarətlərdən qayıdarkən saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO













