Veteranlara diqqət və qayğı var…

Polis veteranlarına diqqət və qayğı hər zaman ölkə və DİN rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Veteranlar haqqında” Qanunla daha da möhkəmlənmiş, yaşlı nəslə böyük hörmət, qayğıkeş münasibət dövlət səviyyəsinə qaldırılıb.
Bu gün də dövlətimiz tərəfindən veteranların həyat şəraitinin yaxşılaşdırılması istiqamətdə keçirilən tədbirlər uğurla davam etdirilir. Azərbaycanda sosial təminat və pensiya siyasəti sahəsində məqsədyönlü şəkildə həyata keçirilən işlər nəticəsində polis veteranlarının təqaüdləri ildən-ilə artırılır, onların maddi təminatı getdikcə yaxşılaşdırılır.
Bu fikirlər Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə polis veteranları ilə keçirilən görüşdə dəfələrlə səsləndirildi. Abşeron rayonun Masazır qəsəbəsində məcburi köçkün şəhərciyində baş tutan görüş zamanı, Zəngilan RPŞ Veteranlar Şurasının yüzə yaxın üzvü iştirak edirdi.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov bildirdi ki, veteranlara göstərilən qayğı hazırda xidmət edən əməkdaşları da yeni uğurlar əldə etməyə ruhlandırır.
Görüş zamanı həmçinin RPŞ-nin müraciəti əsasında Zəngilan RPŞ-də çalışmış və torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş Qarabağ müharibəsi əlilləri, təqaüddə olan polis kapitanı Əzim Kərimovun, həmçinin təqaüddə olan polis baş serjantları Zakir Abbasov və Zülfü Həsənəliyevin “Vətən Naminə” medalı ilə təltif edilməsi barədə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin qərarı elan edildi və medallar Zəngilan RPŞ-nin rəisi tərəfindən sahiblərinə təqdim olundu.
Tədbirin sonunda veteranlar onlara göstərilən belə diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq edərək bundan sonra da gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında, eləcə də xidmətə yeni qəbul olunmuş gənc polis əməkdaşları ilə öz təcrübələrini bölüşmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












