"Veysəloğlu"nun əməkdaşına hücum olundu - Şirkətin 70 min manatı aparılıb

Gündəm 2 May 2018 10:41
"Veysəloğlu"nun əməkdaşına hücum olundu - Şirkətin 70 min manatı aparılıb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb. "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 927
ŞƏRH YAZ
Ad

E-mail

Şərh