Vəzifəsindən azad olunan məmur ölkədən getdi

“Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürov Azərbaycanı tərk edib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, virtualaz.org-un yaydığı xəbərə görə, o İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır. Xəbərə görə, Q.Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib. Sayt bildirib ki, BŞİH-nin başçısı vəzifəsini icra edən Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb. X.Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












