Vəzifəyə irəli çəkilən deputatlar kimdir? - DOSYE

Oktyabrın 30-da parlamentin iclasında Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi ilə bağlı məsələyə baxılacaq və qərar qəbul ediləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.
Avtosfer.Az Modern.az-a istinadən Milli Məclisin iki komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülən deputatlar haqqında məlumatları təqdim edir:
Çingiz Qənizadə - 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə dördüncü (2010-2015) və beşinci (2015-2020) çağırış Milli Məclisin deputatıdır. Hüquq üzrə fəlsəfə doktorudur. Parlamentdəki bütün fəaliyyəti dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub. Hazırda da həmin komitənin üzvüdür.
Deputat həmçinin, Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus və Yunanıstanın Parlamentlərarası İşçi Qrupunun üzvüdür.
Çingiz Qənizadə bununla yanaşı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Deputat həmçinin, AŞPA-nın Hüquq və İnsan Haqları komitəsinin üzvüdür.
Deputat həmçinin , Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvüdür. O, 2017 iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Şahin İsmayılov - beşinci (2015-2020) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
4 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü seçilib.
Deputat həmçinin, 2011-ci ildə Bakı Şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən İlin ən yaxşı layihəsini hazırlayıb təqdim etdiyinə görə “Yaxşıların yaxşısı”, 2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən ictimai fəal gənci” nominasiyası üzrə mükafatlara, 2014-cü ilin 1 fevral tarixində isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.
Hazırda deputat olmaqla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










