Vilyam Hacıyevin lüks avtomobillərinin hərrac tarixi bilindi

İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin müsadirə olunmuş daha iki avtomobili yenidən satışa çıxarılır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobillər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 11-də keçiriləcək hərracda satışa təqdim olunacaq.
Söhbət Vilyam Hacıyevə məxsus olduğu bildirilən "Land Rover Range Rover" və "BMW 740i" markalı minik avtomobillərindən gedir.
Hərrac elanına əsasən, "Land Rover Range Rover" markalı avtomobilin start qiyməti 42 min manat, beh məbləği isə 4 200 manat müəyyən edilib. Avtomobil alıcı tapılmadığı üçün artıq 4-cü dəfə 25 faiz endirimli qiymətlə hərraca çıxarılır.
Digər nəqliyyat vasitəsi - "BMW 740i" markalı avtomobil isə 17 250 manat start qiyməti ilə satışa çıxarılacaq. Bu avtomobil üçün beh məbləği 1 725 manat təşkil edir. Sözügedən avtomobil də 4-cü dəfə 25 faiz endirimli qiymətlə hərraca təqdim olunur.
Qeyd edək ki, bundan əvvəl Vilyam Hacıyevin müsadirə edilmiş digər avtomobillərinin satışa çıxarılması barədə məlumat verilmişdi. Hərraclarda yalnız "Bentley Continental GT" markalı avtomobil satılıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












