Vulkan püskürdü - 25 ölü, 296 yaralı

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 296 nəfər xəsarət alıb, həmçinin 20-yə yaxın şəxs itkin düşüb. Bildirilir ki, vulkana yaxın yaşayış məntəqələrindən azı 2 min nəfər təxliyyə edilib. Ölkənin bir neçə yaşayış məntəqəsində "qırmızı" təhlükə səviyyəsi elan olunub. Ən yüksək təhlükə səviyyəsi Eskintla, Alotenanqo, Sakatepekes, Yepokapa və Çimaltenanqo şəhərlərində qüvvədədir. Bütün ölkə ərazisində isə "narıncı" təhlükə səviyyəsi elan edilib. Təbii fəlakət, ilkin məlumatlara görə, təqribən 1,7 milyon insana toxunub.
***03:38
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 6 nəfər ölüb, daha 20-si yaralanıb. Təbii fəlakətlə əlaqədar olaraq paytaxt Auroradakı aeroport bağlanıb, təqribən 100 nəfər təxliyyə edilib. Məlumata görə, şimal-şərq küləyi şəhər ərazisinə kül gətirir. Hündürlüyü 3,7 km olan Fueqo Mərkəzi Amerika respublikası ərazisində ən fəal vulkanlar sırasına daxildir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












