Vyanada dəmir yolları və rəqəmsallaşma toplantısı keçirilib - FOTO

Noyabrın 15-də Vyanada Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə “Dəmir yolları və rəqəmsallaşma, Rəqəmsallaşma, böyük datalar və süni intellekt dəmir yolu sənayesini necə dəyişəcəkdir“ mövzusunda biznes toplantısı keçirilib.
Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin sədri Andreas Matthe, Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvləri, iş adamları və media təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski təxminən on il bundan əvvəl əsası qoyulan Ticarət Palatasının iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin dərinləşməsində böyük rol oynadığını qeyd edib.
Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter Azərbaycan və Avstriyanın oxşar cəhətlərinə toxunub, hər iki ölkənin yerləşdiyi regionda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Avrasiya qitəsində yerləşən Avstriyanın və eləcə də Avropa İttifaqının yaxın gələcəkdə Şərqə daha çox diqqət ayırmalı olduğunu vurğulayan K. Matznetter bildirib ki, Çin bazarı ilə Avropanın quru yolla birləşməsində, hər iki istiqamətdə yük daşımalarının həyata keçirilməsində Azərbaycan üzərindən keçən marşrutlar mühüm əhəmiyyət daşıya bilər.
Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbirdə çıxış edərək, Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi başlıca proiritetlərdən biridir.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şərq-Qərb” “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və bu dəhlizlərin Avropaya yüklərin daşınmasında oynaya biləcəyi rol barədə danışan C.Qurbanov strateji mövqedə yerləşən Azərbaycanın Avropa ölkələri üçün etibarlı və ciddi tərəfdaş olduğunu vurğulayıb.
Emin
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!













