Xaçmazda heroin satan şəxs tutuldu

Xaçmaz rayonunda küçədə heroin alveri ilə məşğul olan şəxslər tutulub. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində baş verib. Rayonun Xudat şəhəri, H.Əliyev küçəsi, ev 26-da yaşayan, Rusiya Federasiyası vətəndaşı Balasoltanov Elçin Abdulağa oğlu həmin küçədəki "Kaspi Palace" şadlıq evinin qarşısında narkotik maddə qəbul etdiyi və üzərində gəzdirdiyi üçün saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində H.Əliyev küçəsi, 48 sayı evdə yaşayan 1969-cu il təvəllüdlü Duraxanov Nizami Əsgər oğlu evinin qarşısında E.Balasoltanova 20 manata 3 ədəd bükülmüş vəziyyətdə heroin satdığı üçün saxlanılıb. N.Duraxanovun evinə baxış keçirilərkən oradan daha iki ədəd siqaret kağızına bükülmüş heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










