Xaçmazda iki sahibkarı qətlə yetirən dəstəyə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı Q.Kərimovun ömürlük, V.Rüstəmovla F.Axverdiyevin isə 20 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası noyabrın 6-da davam etdiriləcək. İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürərək qadının meyitini mənzili ilə birlikdə yandırıblar. Dəstə üzvləri bundan başqa, Xaçmazda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İlqar Məmmədovun evinə girərək iş adamını bıçaqla qətlə yetirib, onun evindən 289 min manat pul və qızılları götürüblər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












