Xaçmazda sahibkarı qətlə yetirən şəxslərin cinayət işi prokurorluğa qaytarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı vəsatət qaldırıb. O, vəsatətində cinayət işinin istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını, bu işdə ayrı şəxslərin əlinin olub-olmamasının araşdırılmasını istəyib. Həmçinin vəsatətdə zərərçəkmişin hüquqi varisi qeyd edib ki, ona dəymiş zərər 1 milyon dollardır. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb. Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








