Xaçmazın Qadaşoba kəndinin yolu əsaslı şəkildə yenidən qurulub

Əsaslı şəkildə yenidən qurulan Xaçmazın Qadaşoba kəndinin yolu dekabrın 28-də istifadəyə verilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Qadaşoba kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub. Yolun açılış mərasimində Xaçmaz rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, kəndlərarası və qəsəbələrarası avtomobil yolları yenidən qurularaq vətəndaşların rahat gediş-gəlişi təmin edilir. Qadaşoba yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.
Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 21 yerdə suötürücü boru qoyulub.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








