Xaləddinin Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam AXTARILIR

Yeni tədris ilinin başlanması ilə paytaxtdakı küçə və prospektlərdə ənənəvi tıxaclar da artıb. Şəhərin müxtəlif yerlərində təxminən eyni vəziyyətdir. Amma ən böyük tıxac xüsusilə günün pik saatlarında Sumqayıt-Bakı istiqaməti üzrə avtomagistral yolda müşahidə edilir. İnsanlar dəqiqələrlə, bəzən saatlarla tıxacda qalmalı olurlar. Tıxacda vaxt itirmək, işə gecikmək, buna görə müdir tərəfindən danlanmaq isə gündəlik problemlərlə yanaşı, insanlara əlavə gərginlik yaradır. Yoldan daimi istifadə edən sərnişinlərin bildirdiyinə görə, tıxac səbəbinin “Bakı Beynəlxalq Avtovağzalı”na giriş hissəyə yaxın yolda çəkilmiş düz xətt nişanı və ərazidə yaradılan süni təpəciklərdir. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı modern.az-ın suallarını cavablandırıb. O qeyd edib ki, hazırda şəhər yollarında hərəkətin intensivliyinə maneə yaradan, sıxlığa və tıxaca səbəb olan hallar aşkar edilərək aradan qaldırılır: “Qeyd edilən ünvana da mütəxəsisslərimiz tərəfindən baxış keçiriləcək, ərazidə təhlillər aparılıb uyğun qərar veriləcək”. M.Ağayev bildirib ki, ərazidə yaradılan süni təpənin hərəkətə mane olduğu aşkarlanarsa, oradan götürüləcək: “Bizim istəyimiz yollada hərəkətə maneə yaradan halları aşkar edib aradan qaldırmaqdır. O cümlədən qeyd edilən yolda. Orda təhlillər aparılacaq, əgər süni təpə hərəkə maneə yaradırsa, o halda təbii ki, götürüləcək. Önəmli olan hərəkətin təhlükəsizliyi və rahatlığını təmin etməkdir”. Qeyd edək ki, süni təpələr Binəqədi rayon İcra Hakimiyyəti Xaləddin İsgəndərovun “şəhərimizin giriş qapısı yaşıl olmalıdır” şüarı ilə salınmışdı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












