“Xaliq Faiqoğlu” MMC-də sürücülərlə maarifləndirici görüşlər keçirilib

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətlərindən istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir.
Şirkətdən Avtosfer.az-a daxil olan məlumata görə, bu çərçivədə həyata keçirilən tədbirlərdən biri də mütəmadi olaraq sürücülərlə görüşlərin təşkil edilməsi, onlarla maarifləndirici söhbətlərin aparılmasıdır.
“Xaliq Faiqoğlu” MMC-nin müasir tələblərə cavab verən Təmir Mərkəzində keçən həftə boyu təşkil edilən görüşlərə ümumilikdə 300-dən artıq sürücü cəlb edilib. Şirkətin təsisçisi Faiq Seyidov şəxsən sürücülər qarşısında çıxış edərək onlara sərnişinlərlə nümunəvi münasibətlərin qurulması istiqamətində müvafiq tövsiyələrini verib. Şirkət rəhbəri hər bir sürücünün yollarda və sərnişinlərlə davranışda məsuliyyətli olmasını, ictimai nəqliyyat sahəsində onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.
Daha sonra çıxış edən şirkətin məsul əməkdaşları sərnişindaşıma sahəsinin günü-gündən inkişaf etdiyini və sürücülərin də bu inkişafa uyğunlaşmasının vacibliyini qeyd ediblər.
Qeyd edək ki, “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” şirkəti fəaliyyətini müasir tələblərə uyğun həyata keçirməkdədir. Şirkət öz daxili imkanları hesabına Bakıya ən müasir standartlara cavab verən sərnişin avtobusları gətirərək sakinlərin xidmətinə verib. Həmçinin bu günlərdə 199 saylı marşrut xəttini də “BakıKart” sisteminə keçirən şirkət nağdsız ödəniş sisteminin tətbiq edildiyi xətlərin sayını 9-a çatdırıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO













