“Xaliq Faiqoğlu” MMC yeni mövsümü belə açdı – FOTO-VİDEO

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-də yeni tədris ilinin və payız-qış mövsümünün başlanması və MMC-nin təsis edilməsinin 12-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Şirkətin əsas istehsalat bazası olan Təmir Mərkəzində baş tutan maarifləndirici tədbirdə sürücü-dispetçer heyəti ilə yanaşı, nəzarət, texniki xidmət və digər struktur bölmələrin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” MMC-nin təsisçisi Faiq Seyidov dövlətimizin son illər ərzində əldə etdiyi iqtisadi uğurlardan, Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlığa göstərilən xüsusi diqqət və qayğıdan, xüsusilə Bakı şəhərində son 3 il ərzində ictimai nəqliyyat sahəsində həyata keçirilən yeniliklər və layihələr haqqında məlumat verib. Şirkət rəhbəri yeni tədris ilinin və payız-qış mövsümünün başlanması ilə əlaqədar istismara verilən avtobusların sayının artırılaraq intervalın minimuma endirilməsi, təmir mərkəzi tərəfindən avtobusların texniki cəhətdən saz vəziyyətə gətirilməsi, daxili interyerin təmizliyi və dezinfeksiyası istiqamətində vacib tədbirlərin həyata keçirildiyini əlavə edib və bildirib ki, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına eləcə də, nizam-intizam və sərnişinlərlə davranış qaydalarına ciddi əməl edilməlidir: “Şirkət gün ərzində 300 mindən çox sərnişinə xidmət göstərir. Bu insanların hər birinin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması bizim ən əsas vəzifəmizdir. Siz sürücülər sərnişinlərə qarşı hər zaman diqqətli və mehriban olmalısınız”.
Sonda F.Seyidov dövlət başçısı cənab İlham Əliyevə sahibkarlara verdiyi dəstəyə və yaradılan şəraitə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbərliyinə isə şirkət tərəfindən həyata keçirilən layihələrə hər zaman dəstək verdiyi üçün təşəkkür edib.
Qeyd edək ki, “Safa Holdinq” şirkətlər qrupunun tərkibində olan “Xaliq Faiqoğlu” MMC Bakı şəhərində 15 ilə yaxındır sərnişindaşıma fəaliyyəti göstərən ən böyük özəl daşıyıcı şirkətdir. Şirkətin istismarında olan 14 marşrut xəttindən 9-da elektron ödəniş sistemi tətbiq olunur. “Xaliq Faiqoğlu” MMC bu ilin sonuna kimi istismarında olan bütün xətlərin “Bakı Kart” elektron ödəmə sisteminə keçirilməsini nəzərdə tutub.
Fərid
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
















